İnsanlara hürriyət, millətlərə istiqlal!

Ötən ay Rusiyanın neft ixracı artıb, gəliri azalıb

Sentyabrda Rusiyadan neft və neft məhsulları ixracı 7 faiz artaraq sutkada 7 milyon barelə çatıb. Musavat.com xəbər verir ki, bu, Beynəlxalq Enerji Agentliyinin (IEA) aylıq hesabatında əksini tapıb. Hesabata görə, sentyabrda Rusiyanın neft və neft məhsulları ixracından gəlirləri aylıq ifadədə 5 faiz azalmaqla, əvvəlki aydakı 15,5 milyard dollardan 14,7 milyard dollara düşüb.

Ötən ay Rusiyada neft hasilatı təxminən eyni səviyyədə qalıb - sutkada 9,11 milyon barel.

Neft ixracı avqustda 220 min barel azaldıqdan sonra sentyabrda sutkada 420 min barel artaraq 4,84 milyon barelə (2023-cü ilin sentyabr ayı ilə müqayisədə 90 min barel az) çatıb. Avqustda Şərqi Avropa neftayırma zavodlarında aparılan təmirdən sonra boru kəmərləri ilə neft ixracı sutkada 130 min barel artaraq 1,41 milyon barel olub.

İxrac həcminin artmasına baxmayaraq, əsasən neft məhsullarının qiymətlərinin aşağı düşməsi ilə əlaqədar gəlirlər 880 milyon dollar azalıb. Ötən illə müqayisədə gəlir 4,3 milyard dollar az olub.

BEA-nın məlumatına görə, Rusiyada maye karbohidrogenlərin hasilatı avqustda sutkada 10,6 milyon barellə müqayisədə sentyabrda 10,5 milyon barel təşkil edib.

Neft məhsullarının ixracı sutkada 100 min barel artaraq 2,7 milyon barel olub.

Rusiya neftinin ixracı istiqamətləri arasında ən çox Hindistana satış həcmi azalıb - sutkada 400 min barel, Çinə tədarük 100 min barel artaraq 2,4 milyon barel olub. “Naməlum istiqamətə” tədarük əhəmiyyətli dərəcədə artıb – sutkada 0,2 milyon bareldən 1,2 milyon barelə qədər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR