İnsanlara hürriyət, millətlərə istiqlal!

Samur-Abşeron kanalında batan gəncin meyiti TAPILDI

Fövqəladə Hallar Nazirliyinə Taxtakörpü Su Anbarında suyun üzərində bir nəfərin meyitinin müşahidə edildiyi barədə məlumat daxil olub.

Musavat.com xəbər verir ki, bu barıədə FHN-in Mətbuat xidmətinin məlumatında deyilir.

Məlumatla əlaqədar dərhal hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin “Şimal” dalğıc-axtarış qrupu cəlb edilib.

Həyata keçirilən tədbirlər nəticəsində Samur-Abşeron kanalında batması ehtimal olunan 2002-ci il təvəllüdlü Rüstəmov Samir Çərkəz oğlunun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Iyun 2025

12 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR