Onlayn ictimai-siyasi qəzet
Moskva Azərbaycan və Ermənistanın NATO-nun Cənubi Qafqaz regionundakı fəaliyyətindən qaynaqlanan narahatlıqları anlayacağına və belə "aqressiv hərbi blok" ilə əməkdaşlığın potensial təhlükələrini dərk edəcəyinə ümid edir".
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə bildirib. Zaxarova qeyd edib ki, NATO-nun bu regionda mövcudluğu təhlükəsizlik üçün fayda gətirmir, əksinə, Qərb dövlətlərinin əsas məqsədi bölgədə gərginliyi artırmaq, qarşıdurma nöqtələri yaratmaqdır.
O həm Bakının, həm də İrəvanın Rusiyanın əsaslandırılmış narahatlıqlarını qəbul etməsini və əməkdaşlığın risklərini qiymətləndirməsini vacib sayıb.
Ukrayna prezidenti Volodimir Zelenski isə müttəfiqlərini Rusiyaya təzyiqi artırmaqdan qorxmamağa və “yeni qərarları” təxirə salmamağa çağırıb. O, bu barədə özünün "Telegram" kanalında yazıb. Onun sözlərinə görə, Rusiya “artıq təzyiqə layiqdir”.
"Biz qorxmamalı, Rusiya üçün vəziyyəti çətinləşdirə biləcək yeni qərarları təxirə salmamalıyıq. Bunsuz onlar əsl diplomatiyaya getməyəcəklər. Bu, ilk növbədə ABŞ və digər dünya liderlərindən asılıdır", - Zelenski yazıb.
TVMusavat-ın bu gün saat 16:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu gündəmi siyasi şərhçi Aqşin Kərimovla müzakirə edir.
https://www.facebook.com/tvmusavat
https://www.youtube.com/@musavattv
13 Iyun 2025
12 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ