Onlayn ictimai-siyasi qəzet
Məşhur azərbaycanlı müğənni və iş adamı Emin Ağalarov ailəsi ilə birlikdə Sankt-Peterburqa qatarla səyahət edib.
Musavat.com xəbər verir ki, o, səfərin görüntülərini sosial mediada yayımlayıb.
Paylaşılan videoda Emin və ailə üzvləri rahat və xoş atmosferdə qatarla səyahət edərkən görüntüləniblər.
Videonun fonunda şəhərə olan sevgilərini ifadə edən sözlər diqqət çəkib: “Sankt-Peterburqa vurğunluqla baxırıq!”
Səyahət zamanı ailə üzvlərinin təbii və səmimi anları sosial media izləyiciləri tərəfindən bəyənilib və müsbət rəylərlə qarşılanıb.
Qeyd edək ki, Emin Ağalarov model Alyona Qavrilova ilə ailəlidir. Onların bu nikahdan Afina adlı qızları var.
Könül
Musavat.com
12 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ