Onlayn ictimai-siyasi qəzet
Rusiya 2024-cü ilin fevral ayında neft və qaz gəlirlərinin həcmini illik ifadədə 1,8 dəfə - bir il əvvəlki 521,2 milyard rubldan 945,6 milyard rubla qədər artırıb.
Musavat.com xəbər verir ki, bu barədə Rusiya Maliyyə Nazirliyinin statistikasında məlumat yer alıb.
2024-cü ilin yanvarında Rusiyanın neft-qaz gəlirləri 675,2 milyard rubl təşkil edib.
Neft və qaz kondensatının hasilatı və ixracı üzrə vergilər (MET, ixrac rüsumu və AIT) fevralda büdcəyə 1,074 trilyon rubl gətirib ki, bu da bir il əvvəlkindən iki dəfə çoxdur.
Eyni zamanda, faydalı qazıntıların hasilatı vergisi və qaza ixrac rüsumundan gəlirlər 6 faiz azalıb: 2024-cü ilin fevralında onlar bir il əvvəlki 160,6 milyard rublla müqayisədə 151,3 milyard rubl təşkil edib.
Musavat.com
27 Noyabr 2024
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ