Onlayn ictimai-siyasi qəzet
Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan minatəmizləmə əməliyyatları zamanı ötən ay aşkarlanan minaların sayını açıqlayıb.
ANAMA-dan Musavat.com-a verilən məlumata görə, iyulun 1-dən 31-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 578, tank əleyhinə 105 mina və 1028 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.
Nəticədə 6.903 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.
15 Oktyabr 2024
14 Oktyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ