İnsanlara hürriyət, millətlərə istiqlal!

Orxan Abasov: “Sübut etdim ki, yerlililər legionerlərdən qat-qat güclüdür”

“Yarış mənim üçün çox gözəl keçdi. Çəkimi dəyişsəm də, 3-cü dəfə Azərbaycan çempionu oldum”.

Bunu İdman.bizə sərbəst güləş üzrə Azərbaycan çempionatının qalibi olan Orxan Abasov deyib.

79 kq çəkidə ölkənin ən güclüsü adını qazanan pəhləvan çıxışını dəyərləndirib. O bildirib ki, finalda Ali Tsokayevə qalib gəlməklə, Azərbaycan güləşçilərinin gücünü bir daha sübut edib: “Finalda çəki dərəcəmə yenə gələn legionerlə görüşdüm və güclü olduğumu göstərdim. Sübut etdim ki, yerli idmançılar əcnəbilərdən qat-qat güclüdür. Hər zaman da belə olub. Bir neçə çəkidə onları üstələdik. Düşünürəm ki, legionerlərin milliyə gətirilməsinə ehtiyac yoxdur”.

Son 1 ayda ikinci çempionluğunu əldə edən Abasovun sözlərinə görə, formasının pik nöqtəsindədir: “Bu çempionluqdan 20 gün əvvəl hərbçilərin dünya çempionatında qızıl medal qazandım. Hazırda yaxşı formada olduğumu düşünürəm. Qarşıda əsas məqsədim Avropa çempionu olmaqdır”.

Qeyd edək ki, yarışın ilk günündə sərbəst növdə 6 çəkidə qaliblər müəyyənləşib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR