İnsanlara hürriyət, millətlərə istiqlal!

OPEK neft istehlakı proqnozunu azaltdı: Çində iqtisadi artımın zəifləməsi...

OPEC-in hesablamalarına görə, 2024-cü ildə dünyada gündəlik neft istehlakı 2,11 milyon barel artaraq sutkada 104,32 milyon barel olacaq.

Musavat.com təşkilatın aylıq hesabatına istinadən xəbər verir ki, bu, bir ay əvvəlki proqnozdan 140 min barel azdır.

Hesabatda qeyd edilir ki, proqnoza dəyişiklik "2024-cü ilin birinci və ikinci rübündən olan son məlumatları, eləcə də Çində tələb artımı ilə bağlı aşağı gözləntiləri əks etdirir". Həmçinin bildirilir ki, "OECD ölkələrində neftə tələbatın sutkada 0,2 milyon barel, digər ölkələrdə isə 1,9 milyon barel artacağı gözlənilir".

Analitiklər bu ilin bütün dörd rübü üzrə istehlak təxminlərini azaldıblar: birinci rübdə sutkada 350 min barel - sutkada 103,15 milyon barelə qədər, ikinci rübdə sutkada 90 min barel - 103,7 milyon barelə qədər, üçüncü rübdə gündə 50 min barel - 104,85 milyon barelə qədər, dördüncü rübdə 50 min barel v- 105,57 milyon barelə qədər.

2025-ci ildə istehlak artımı proqnozu 60 min barel azaldılıb və OPEC indi neft tələbinin 2025-ci ildə gözlənildiyi kimi 1,85 milyon barel deyil, 1,78 milyon barel artacağını və 106,11 milyon barel təşkil edəcəyini gözləyir.

İyun ayı üzrə ilkin məlumatlar göstərir ki, OECD ölkələrində ümumi kommersiya neft ehtiyatları aylıq müqayisədə 14,1 milyon barel azalaraq 2,831 milyard barrelə düşüb. Bu, 2023-cü ilin iyun ayı ilə müqayisədə 38,4 milyon barel çoxdur, lakin son beş il ərzində orta göstəricidən 66,8 milyon barel az, 2015-2019-cu illərin orta göstəricisindən isə 116,1 milyon barel azdır.

O cümlədən neft ehtiyatları 17,3 milyon barel azalaraq 1,365 milyard barelə, neft məhsulları ehtiyatları isə 3,1 milyon barel artaraq 1,467 milyard barelə düşüb.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR