İnsanlara hürriyət, millətlərə istiqlal!

Onlar HƏBS olunsun... - Razi Nurullayevdən ŞOK ÇIXIŞ

Deputat Razi Nurullayev parlamentin iclasında Hesablama Palatasının hesabatından danışarkən bir sıra məqamlara diqqət çəkib.

Musavat.com bildirir ki, deputat bunları deyib:

“Fəaliyyətində qüsurlar aşkarlanmış dövlət qurumlarının rəhbərlərinin və məsul şəxslərinin parlamentə dəvət olunmasını istəyirəm ki, bizi narahat edən sualları onlardan soruşaq. Çünki Hesablama Palatası hesabatı təqdim edir və proses bu gündən sonra bağlanır. Bu qədər asan yanaşma?

Maraqlıdır ki, hansı məsuliyyətə cəlb etmə halları, maliyyə sanksiyaları həyata keçirilib? Kimlərsə vəzifədən alınsın, çıxarılsın, həbsə atılsın demirəm, belə arzum da yoxdur. Amma istərdim ki, Hesablama Palatasının hesabatı müəyyən təlatümlər yarada bilsin və dövlət orqanlarının məsuliyyətinin artmasında dönüş yaratmağı bacarsın”.

Razi Nurullayev bildirib ki, narahat olduğu məqamlardan biri də büdcə vəsaitinin təyinatı üzrə xərclənməməsi, depozit hesablarda saxlanması, süni şəkildə şişirdilməsi və büdcəyə qaytarılmasıdır:

“Bu üç məsələdən birinin üzərində dayanmaq istəyirəm. Müxtəlif sahələr üzrə ciddi maliyyə ehtiyacları yaranır. Vətəndaşlardan müxtəlif problemlərin həllinə kömək ilə bağlı on minlərlə şikayət məktubları daxil olur. Belə olan halda dövlət orqanının vəsaiti təyinatı üzrə xərcləmədən büdcəyə qaytarması qəbuledilməzdir. Bu ona bənzəyir ki, onlarla insanın kəskin baş ağrıları var, onlarla qutu ağrıkəsici olan parasetamolu onlara vermədən depoya qaytarırsan. Bu, ciddi şəkildə məsuliyyət yaratmalıdır”.

E.Paşasoy,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR