İnsanlara hürriyət, millətlərə istiqlal!

Öncə “Neftçi”yə “HƏ” dedi, çox gözləməyə səbri çatmadı, anlaşmadan çıxdı

Konfrans Liqasında iştirak edəcək “Neftçi” razılığını aldığı yeni legionerlərdən biri ilə şəxsi anlaşma şərtlərini pozmalı olub.

İyunun əvvəlində “Anje”dən Miha Blajiçlə razılıq əldə edən Premyer Liqanın bürünc medalçısı onu əlində saxlaya bilməyib.

Halbuki paytaxt təmsilçisi 30 yaşlı stoperlə 2 illik ön müqavilə imzalamışdı.

Gəl ki, “Neftçi”də yeni baş məşqçinin kimliyinin müəyyənləşməsi uzun vaxt apardığından, sloveniyalının daha gözləməyə səbri çatmayıb.

Çünki ona son anda “hər şey Lorentsiu Regekampfın yerinə gələcək şəxsin verəcəyi qərarlardan asılıdır” deyilib.

Balkanlı legioner belədə nəğdi qoyub, nisyənin arxasınca qaçmaqdan ehtiyatlanıb. O, Polşaya yollanaraq, “Lex”lə 1 illik müqavilə imzalayıb.

2022-ci ilin iyunundan “Anje”də oynayan Blajiç ötən mövsüm Fransa Liqa 1-də 24 matç keçirib və 2 qol vurub.
Karyerası ərzində ölkəsində “Koper” və “Domjale”, Macarıstanda “Ferentsvaroş”un formasını geyinmiş mərkəz müdafiəçisi Sloveniya millisində 25 oyun keçirib.

“Transfermarkt”a görə, onun dəyəri iki milyon avrodur.

“Ağ-qaralar” daha əvvəl “Səbail”dən ayrılan qapıçı Emil Balayev və “Qarabağ”ı tərk edən yarımmüdafiəçi Filip Ozobiçlə anlaşıb. (Sportinfo.az)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR