Onlayn ictimai-siyasi qəzet
Xəbər verdiyimiz kimi, bir müddət öncə gömrüyün həyətində xarici ölkələrdən yararsız vəziyyətdə gətirilmiş avtomobillərin görüntüləri müzakirə səbəb olmuşdu.
El arasında "leş" adlanan bu maşınların ölkəyə aşmış, yanmış, tamamilə yararsız vəziyyətdə gətirilməsi narazılıq yaratmışdı.
İzləyicilər şərhlərdə "Belə maşınlar Bakıya niyə gətirilir?" , "Bir- iki ay sonra "bezkraska" adı ilə satacaqlar", "Alverçilər Bakının avtomobil bazarını zibilliyə döndəriblər" tipli şərhlər yazıblar.
Azərbaycana ili köhnə avtomobillərin gətirilməsi qadağan edilsə də, avtomobilin vəziyyəti barədə hər hansı tələb yoxdur.
Bəs bu maşınlar hansı məqsədlə gətirilir?
Ekspert Eldəniz Cəfərov Milli.Az-a açıqlama verərək bildirib ki, bu modellər əsasən ölkəyə ehtiyat hissəsi kimi gəlir. Elə avtomobil markaları və modelləri var ki, artıq istehsal olunmur. Ona görə dünyanın hər bir yerində ölkəyə belə maşınlar idxal olunur. Düzdü, bəzən insanlar bu tip modelləri tək ehtiyat hissəsi kimi deyil, həm də təmir edib istifadə edirlər. Bu maşınların yenidən təmir olunub vətəndaşın aldadılması isə artıq problemdir.
Bəs vətəndaş necə aldanmasın?
Ekspert bildirib ki, bununla bağlı ölkədə vahid bir portal olmalıdır. Bu portalda ölkəyə idxal olunan avtomobillər hansı vəziyyətdədirsə, o portal vasitəsi ile tanış ola bilerler. Daha sonra avtomobili alan şəxs o portal vasitəsi ilə avtomobilin ilkin versiyasından hazırki versiyasına kimi məlumatları ilə tanış ola bilərlər./Milli.az/
09 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ