Onlayn ictimai-siyasi qəzet
Bu gün Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinovun moderatorluğu ilə Azərbaycan Din Xadimlərinin Forumunda panel müzakirəsi keçirilib.
Musavat.com xəbər verir ki, Azərbaycan Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova ölkədə din və təhsilin əlaqəsindən danışıb:
"Hazırda ölkədə din və təhsil bir-birindən ayrılıb. Bu səbəbdən hər kəsin seçim azadlığı var".
O bildirib ki, eyni otaqda həm təcrübəli dini xadimlərinin, həm də pedaqoqların birgə çalışması uğurlu nəticəyə gətirib çıxara bilər.
Fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Elvüsal Məmmədov dövlətin dinə olan münasibətinin önəmindən bəhs edib:
"Din təhsilinin dövlətin əlində cəmləşməsi təhlükəsizlik baxımından önəmlidir. Sovet dövründə dini təhsildən söz gedə bilməzdi".
AMEA Akademik Ziya Bünyadov adına Şərqşünaslıq institutunun din və ictimai fikir şöbəsinin müdiri Elnur Mustafayev klassik islam elmlərinin müasir gənclərə xitab etməsi üçün atılmalı olan addımlardan danışıb:
"Dini mənbələrindən düzgün şəkildə öyrənmək lazımdır. Din təhsili 5-ci sinifdən sonra başlanılmalıdır. İlahiyyat İnstitutunda gələcəkdə yeni fakültəni təsis etmək olar. İslam elmlərinin müasir gənclərə xitab etməsi üçün din pedaqogikası fənninin tədris olunasını təklif edirəm".
Bakı İlahiyyat Kollecinin direktoru Mehman İsmayılov bildirib ki, din tədrisi təkcə pedaqoji məsələ deyil:
"Dini təhsil həm də milli kimliklə bağlı məsələdir. Dövlətin dini təhsilə sahib çıxması və dəstək olması da çox önəmlidir".
Afaq Mirayiq,
Musavat.com
23 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ