Onlayn ictimai-siyasi qəzet
Beynəlxalq Boks Assosiasiyası (ABB) Paris Olimpiadasında baş verən insidentlə bağlı açıqlama yayıb.
Musavat.com baku.ws-ə istinadən bildirir ki, müvafiq mesaj təşkilatın saytında dərc olunub.
"Biz boks yarışlarına buraxılışdakı uyğunsuzluğu pisləyirik. Xatırlatmaq istərdik ki, İman Xelif və Lin Yutinq sınaqdan sonra bizim müvafiq tədbirlərimizin qadın kateqoriyasında iştirak etmək üçün tələb olunan uyğunluq meyarlarına cavab vermədilər", - deyə məlumatda bildirilir.
ABB-dən onu da bildiriblər ki, qadınların arzularını haqsızlıq edən təşkilatlar əlindən almamalıdır.
"Rinq hakiminin rolu boksçunun təhlükəsizliyini təmin etməkdir. Əgər boksçu yarışa buraxılma kriteriyalarına cavab vermirsə, bunu necə etmək olar?".
Olimpiya Oyunlarında 66 kq çəki dərəcəsində mübarizə aparan italyan boksçu Angela Karini əlcəzairli İman Xeliflə döyüşün 47-ci saniyəsində təslim olub. 2023-cü ildə Hindistanda keçiriləcək dünya çempionatında Əlcəzair təmsilçisi gender testindən keçə bilməyib. Həmçinin Tayvan təmsilçisi Lin Yutinq həmin çempionatda gender testindən keçməsə də, BOK onların Oyunlarda iştirakını təsdiqləyib.
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ