Onlayn ictimai-siyasi qəzet
Ermənistan Müdafiə Nazirliyi Azərbaycanla şərti sərhəddə ölən hərbçilərinin 4 nəfər olduğu barədə məlumat yayıb.
Musavat.com Ermənistan mətbuatına istinadən verdiyi xəbərə əsasən, daha bir hərbçi yaralanıb.
****
Bu gün, fevralın 13-də səhər saatlarında iki erməni hərbçisi ölüb.
Musavat.com xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
Erməni mediası yazır ki, hadisə Nerkin-And istiqamətində baş verib.
Xatırladaq ki, fevralın 12-də Azərbaycan-Ermənistan şərti dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Zəngilan rayonunun Kolluqışlaq kəndi ərazisində yerləşən mövqeyinə Ermənistan Silahlı Qüvvələrinin Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeyindən açılan atəş nəticəsində azərbaycanlı hərbi qulluqçu yaralanıb.
Musavat.com
21 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ