İnsanlara hürriyət, millətlərə istiqlal!

Oleksi Reznikov: Kiyevin Qərb qırıcılarına ehtiyacı var

Kiyev Qərbdən tədarük olunan silahların sırasında qırıcı təyyarələri də görmək istəyır.

Ukrinform agentliyi xəbər verir ki, bunu Ukraynanın müdafiə naziri Oleksi Reznikov CNN telekanalına müsahibəsində deyib. O, eyni zamanda Rusiyanın raket hücumlarının qarşısını ala biləcək hava hücumundan müdafiə sistemlərinə də ehtiyaclarının olduğunu vurğulayıb.

“Politico” nəşrinin məlumatına görə, hazırda Qərb dövlətlərində Kiyevə qırıcı təyyarələrin göndərilməsi ilə bağlı daxili müzakirələr gedir. Avropadan olan bəzi diplomatlar bunu Kiyevə hərbi yardımın növbəti məntiqi addımı hesab edir. Vaşinqton isə hazırda Ukraynaya hərbi təyyarələr göndərilməsindən söhbət getmədiyini deyir, bunun eskalasiyanı artıracağından ehtiyatlanır. Qırıcıların tədarükü məsələsinin gələn ay “Ramştayn” bazasında keçiriləcək görüşdə müzakirə olunacağı gözlənilir.

Xatırladaq ki, yanvarın 25-də Almaniya Ukraynaya “Leopard 2” tanklarının göndəriləcəyini elan edib. Bundan əlavə, ABŞ Kiyevə 30 ədəd “Abrams” tankı verməyi planlaşdırır.

Yeri gəlmişkən, mütəxəssislər bir alman tankını üç rus tankı ekvivalentində qiymətləndirirlər (AZƏRTAC).

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR