Onlayn ictimai-siyasi qəzet
“Ermənistandakı Rusiya sərhədçiləri bu gün Ermənistan-Türkiyə sərhədinin təxminən 300 km-lik hissəsini qoruyaraq mühüm funksiyanı yerinə yetirirlər”.
Musavat.com xəbər verir ki, bunu Ermənistan parlamentində “Ermənistan” müxalifət blokunun parlament fraksiyasının rəhbəri Seyran Ohanyan deyib.
Onun sözlərinə görə, Rusiya sərhədçiləri getsə, Türkiyə ilə ciddi problemlər yarana bilər:
“Bu müzakirələrin nəticələrinə və mümkün addımlara görə cavabdehlik Ermənistan hakimiyyətinin üzərinə düşür”.
Ohanyanın fikrincə, hakim komanda iqtidara gəldiyi andan Rusiya Federasiyası ilə münasibətlərin yaxşılaşmasına nəinki töhfə verməyib, hətta mövcud problemli məsələlər daha da pisləşib və öz həllini tapmayıb.
2022-ci ildə Sünik istiqamətində postlarını tərk etmiş rusiyalı sərhədçilərə qarşı ittihamlara gəlincə, Ohanyan qeyd edib ki, rəsmi İrəvanın özü rus sərhədçilərinin hansı sənədə əsaslanaraq ərazinin bu hissəsində yerləşdiyini bilmir.
“Onların döyüş şəraitində necə fəaliyyət göstərməli olduğuna dair yazılı sənəd yoxdur. Türkiyə-Ermənistan sərhədində isə vəziyyət fərqlidir, həm sərhədçilərin, həm də hərbi qulluqçuların döyüş əməliyyatlarının ilk dəqiqələrindən hərəkətlərinin ardıcıllığını tənzimləyən saziş var. Sərhədçilər hərbi əməliyyatların ilkin mərhələlərinə cavabdehdirlər”, - deyə Seyran Ohanyan bildirib.
Musavat.com
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ