İnsanlara hürriyət, millətlərə istiqlal!

Oğuzda qəza: xəsarət alanlar var

Oğuz rayonunda 4 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Musavat.com-un "Report"a istinadən məlumatına görə, hadisə Yaqublu-Çaldaş avtomobil yolunun rayonun Çaldaş kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "Kia" markalı avtomobil idarəetmədən çıxaraq kanala aşıb. Qəza nəticəsində avtomobildə olan 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR