İnsanlara hürriyət, millətlərə istiqlal!

Oğurluğa getdiyi evdə yatdı, xoruldadığına görə tutuldu

Çində cinayətkar quldurluq zamanı yuxuya gedib və polis tərəfindən saxlanılıb.

Qeyd edilib ki, soyğunçu evə girən zaman ailə üzvlərinin danışdığını eşidib və qorxub. Buna görə də oğru evdəkilər yatana qədər başqa otaqda gözləmək, sonra isə bütün qiymətli əşyaları aparmaq istəyib. Lakin o, yuxuya gedib.

Ev sahibi yüksək səslə xorultu eşidəndə içəridə tanımadığı adamın olduğunu bilib. Qadın səs-küyün ardınca gedib və tezliklə tanımadığı bir kişinin yerdə yatdığını görüb. Bundan sonra qadın polisə zəng edib və məmurlar gəlib cinayətkarı həbs ediblər.

Məlum olub ki, həmin şəxsin əvvəllər də oğurluqla bağlı cinayəti var. Sosial şəbəkə istifadəçiləri hadisədən xəbər tutandan sonra qulduru ələ salıblar.//Lent.az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR