İnsanlara hürriyət, millətlərə istiqlal!

Öcalandan PKK-ya ÇAĞIRIŞ: "Silahları yerə qoyun!"

Bu gün PKK terror təşkilatının həbsdəki lideri Abdullah Öcalan tərəfdarlarına çağırış edib.

Musavat.com bu barədə Türkiyə mediasına istinadən xəbər verir.

Bildirilib ki, Öcalanın adından yayılan yazılı müraciətdə “silahı buraxın” çağırışı yer alıb.

“Bütün qruplar tərksilah olunmalı və PKK ləğv olunmalıdır. Mən silahı yerə qoymağa çağırıram və bu çağırışa görə tarixi məsuliyyəti öz üzərimə götürürəm”, - deyə PKK liderinin müraciətində deyilir.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR