İnsanlara hürriyət, millətlərə istiqlal!

Növbədənkənar sessiya başladı: Fazil Mustafa hökumətə müraciət etdi

Milli Məclisin növbədənkənar sessiyasının ilk iclası spiker Sahibə Qafarovanın sədrliyi ilə öz işinə başlayıb. Dövlət Himninin oxunmasından sonra gündəlik təsdiqləndi.

Cari məsələlərin müzakirəsi zamanı çıxış edən deputat Fazil Mustafa bildirdi ki, müraciətlərdən sonra AZAL biletləri onlayn satışa çıxartdı. Amma əlavə etdi ki, qiymətlər vətəndaşları narazı salır.

Deputat dedi ki, Türkiyə və Gürcüstanla müqayisədə Azərbaycanda avibiletlər 5-6 dəfə bahadır. “Təkcə Naxçıvan əhalisi deyil, bütün Azərbaycan əhalisi qiymət siyasətindən əziyyət çəkir”, deyən F.Mustafa Türkiyədə təhsil alan tələbələrin çox ağır durumla üz-üzə qaldığını bildirərək qeyd etdi ki, hətta 20 gün sonraya da bilet tapmaq çətindir: “Hökumət bu məsələyə çox həssas yanaşmalıdır və Naxçıvan əhaliisini bu zülümdən qurtarmalıdır”.

E.Paşasoy,

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR