İnsanlara hürriyət, millətlərə istiqlal!

Novaya Kaxovka ilə bağlı DƏHŞƏTLİ proqnoz - mer kömək istəyir

"Rus işğalçıları Novaya Kaxovkada insanları evakuasiya etmirlər, əllərindəki qənimətləri çıxarırlar".

Musavat.com Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə şəhər meri Vladimir Kovalenko məlumat verib.

"Səhər saat beşdən, sözün əsl mənasında, hər yarım saatdan bir insanlarla danışıram. Şəhəri su basıb, SES dağıdılıb. İndiyə qədər su Dneprovski prospektinə çatıb - bu, Dneprlə paralel axan ilk küçədir", - deyə mer bildirib.

Kovalenkonun sözlərinə görə, 12 hektar idman kompleksi, H2O idman kompleksinin tikintisi, zoopark, mədəniyyət mərkəzi, yay kinoteatrı sulara qərq olub. Düzənlik ərazidə yerləşən Korsunka kəndinin taleyi narahatlıq doğurur.

"İşğalçı hakimiyyət evakuasiya tədbiri həyata keçirmir, sadəcə maşınları başqa bölgəyə köçürüblər", - deyə Kovalenko vurğulayıb.

Həmçinin şəhər sakinləri işğalçıların əldə etdikləri qənimətləri çıxartdığını görüblər.

Mümkün xilas yollarına gəlincə, merin sözlərinə görə, sakinlər Sokol mikrorayonuna çəkilə bilərlər. Çünki su cənuba doğru hərəkət etdiyi üçün oralara dəyməyəcək.

Proqnozlara görə, şəhərin köhnə hissəsi tamamilə su altında qalacaq.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR