Onlayn ictimai-siyasi qəzet
Xəbər verdiyimiz kimi, bloger Nicat Şakirli idarə etdiyi "Porsche" markalı avtomibili ilə TIR-a çırpılıb. Qəza nəticəsində bloger və avtomobildə olan sərnişinlər ağır bədən xəsarətləri alaraq xəstəxanaya aparılıblar. Qəza nəticəsində 1 nəfər ölüb, 1 nəfər ağır xəsarət alıb.
Musavat.com xəbər verir ki, məsələ ilə bağlı hüquqşünas Hikmət Əliyev "Baku tv”yə danışıb.
O, açıqlamasında Nicat Şakirlini baş vermiş hadisə ilə əlaqədar hansı cəzanın gözlədiyini açıqlayıb.
"Sözügedən nəqliyyat hadisəsi ilə bağlı qeyd etmək lazımdır ki, əgər şəxs cinayət hadisəsi zamanı içkili olmayıbsa, bu zaman ehtiyatsızlıqdan zərərçəkmiş insanın ölümünə səbəb olduğu üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb oluna və bu maddənin sanksiyasında nəzərdə tutulmuş 3 ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Bununla yanaşı, 2 ildən 6 ilə qədər azadlıqdan məhrumetmə cəzası ilə məhkum oluna bilər. Eyni zamanda, bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllərin alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda olan və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən törədilməsi zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda beş ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır”.
28 Noyabr 2024
27 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ