İnsanlara hürriyət, millətlərə istiqlal!

Mask Xameneinin postuna rəy yazdı: Amerika - böyük Şeytan, yoxsa ən böyük Şeytan?

Amerikalı sahibkar İlon Mask İranın ali dini lideri Əli Xamenidən ABŞ-ın daha böyük, yoxsa ən böyük şeytan olduğunu soruşub.

Musavat.com xəbər verir ki, o, sualı X sosial şəbəkəsində Xamneyinin səhifəsindəki paylaşımın altında yazıb: "Amerika - böyük Şeytan, yoxsa ən böyük Şeytan?"

Bundan əvvəl Xamenei ABŞ-ın Qətərdəki Əl-Udeid hərbi bazasına endirilən zərbəni Vaşinqtonun üzünə "ağır sillə" adlandırmışdı. Onun sözlərinə görə, İranın Yaxın Şərqdə ABŞ-ın əsas mərkəzlərinə zərbələr endirmək iqtidarında olması və lazım bildiyi istənilən vaxt bunu edə bilməsi böyük əhəmiyyət kəsb edir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR