Onlayn ictimai-siyasi qəzet
Müğənni İbrahim Borçalı sosial mediada etdiyi son paylaşımı ilə izləyicilərini duyğulandırıb.
Musavat.com xəbər verir ki, faciəvi şəkildə dünyasını dəyişmiş oğlunun uşaqlıq illərində anasına yazdığı həmin məktubu bölüşən sənətçi qeyd edib:
"Bu məktub illər öncə oğlumun anasına ad günü üçün yazdığı məktubdur. Uşaq ürəyi ilə, saf duyğularla yazılmışdır. Həmin məktubu qızım beş il boyunca gizlədib, verməyə cəsarət etməmişdi. Bu il isə istəyini yerinə yetirərək ad günündə qardaşının səsini yenidən bizə yaşatdı. Bunu bugün bizimlə bölüşərək, göz yaşları ilə olsa da, bizi çox sevindirdin. Qürur duyuram səninlə, qızım.
Oğlum, nur içində yat. Sözlərin bu gün bizi sənə daha da yaxınlaşdırdı".
Xatırladaq ki, İbrahim Borçalının oğlu Rəhim 21 yaşında Gürcüstanda avtomobil qəzasında dünyasını dəyişib.
Xalidə Gəray
Musavat.com
28 Iyun 2025
27 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ