İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ! Pezeşkiandan QİSAS açıqlaması: "Genişmiqyaslı müharibə..."

İran Prezidenti Məsud Pezeşkian Belarusun paytaxtı Minskdə keçirilən Avrasiya İqtisadi Birliyinin Sammitində videokonfrans vasitəsilə iştirak edib.

Musavat.com xəbər verir ki, mövcud hadisələrə görə sammitdə iştirak edə bilməyəcəyini bildirən Pezeşkian deyib:

"Sionist rejim iyunun 13-dən İran ərazisində vəhşi hücumlar və terror aktları həyata keçirir. Bu hücumlar İran və ABŞ arasında sülhməramlı nüvə proqramı ilə bağlı dolayı danışıqların davam etdiyi zaman baş verib və hətta Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) nəzarəti altında olan nüvə obyektləri də hədəfə alınıb.

Bu hücumlar Nüvə Silahlarının Yayılmaması Müqaviləsinə (NPT) düzəlməz ziyan vurur. Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasının daimi üzvü tərəfindən edilən bu hücumlar qurumların legitimliyini şübhə altına alır".

Pezeşkian Avrasiya İqtisadi Birliyinin Zirvə Toplantısının regional və qlobal təhdidlərə qarşı üzv ölkələrin ortaq səsinin dünyaya çatdırılması baxımından böyük əhəmiyyət daşıdığını vurğulayıb.

İran lideri İsraildən alınan qisasdan da danışıb.

“12 günlük müharibə zamanı İran Silahlı Qüvvələri BMT-nin 1-ci maddəsinə əsaslanaraq xalqını, milli suverenliyini və ərazisini qanuni və qətiyyətlə müdafiə etdi. Əgər bu hücum cavabsız qalsaydı, region genişmiqyaslı və idarəolunmaz müharibə ilə üzləşə bilərdi. Sionist rejimə qarşı yumşaq siyasətə və davamlı insan haqlarının pozulmasına məhəl qoyulmamasına son qoyulmalıdır" - o qeyd edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Iyun 2025

27 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR