İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənilər onların hakimiyyətini istəyir: K.K...

Paşinyanın hakimiyyətindən narazılıq artsa da, erməni cəmiyyətində hələ də onun yerini tuta biləcək namizədlə bağlı tərəddüd edənlər çoxdur

MPG/Gallup Beynəlxalq Assosiasiyasının Ermənistanda iyunun 23-dən 25-dək keçirdiyi sorğunun nəticələrinini dərc edib.

Musavat.com xəbər verir ki, sorğunun nəticələrinə görə, Ermənistan vətəndaşları qarşıdan gələn seçkilərdə baş nazir Nikol Paşinyanın əsas rəqibi kimi keçmiş prezident Robert Köçəryanı (25,9%) və “Taşir” Şirkətlər Qrupunun hazırda həbsdə olan prezidenti Samvel Karapetyanı (11,5%) göstəriblər.

Rəyi soruşanların demək olar ki, 80%-i Samvel Karapetyanın iki aylıq həbsini mənfi qiymətləndirib. Respondentlərin 66,8%-i Karapetyanı siyasi məhbus adlandırıb.

Bəzi respondentlər (4,2%) hesab edir ki, Paşinyana qarşı şanslı rəqib Ermənistan fraksiyasından olan deputat Levon Köçəryan ola bilər. 3,4% keçmiş prezident Serj Sərkisyanı Paşinyana əsas rəqib hesab edir. 1,5% Qaqik Tsarukyana səs verib, respondentlərin 1,1%-i isə Vardan Qukasyanı əsas namizəd hesab edib.

Edmon Marukyan və Edqar Qazaryanın hər birinin səs faizi 1,1% olub. 0,4% - Qurgen Simonyana səsa verib. Respondentlərin 0,2%-i baş nazir David Ambartsumyanı şanslı hesab edir. 0,1% isə Bakıda həbsdə olan Ruben Vardanyana səs verib.

Yada salaq ki, Ermənistanın sabiq prezidenti Robert Köçəryan il başlayandan fəallaşıb. Ermənistan hakimiyyəti isə Köçəryanın Paşinyana hücumlarını “Rusiya köləliyinə çağırış” kimi qiymətləndiriblər.

84638604_0_0_1281_720_2072x0_60_0_0_6da831d1eaee6e0a792dc0e7d43f3969.jpg (102 KB)

“Əgər Nikol Paşinyan qeyri-adekvat hərəkətlərini davam etdirsə və Azərbaycanla normallaşma istiqamətində addımlar atmaqdan imtina edərsə, o zaman gec-tez Robert Köçəryan hakimiyyətə qayıdacaq. Son isə fəlakətli olacaq - Ermənistan üçün, Paşinyanın özü üçün və onun ətrafındakı hər kəs üçün. Zaman Baş nazirə qarşıdır. Təəssüf ki, o, bunu dərk etmir”.Erməni analitik və publisist İşxan Verdyan belə deyib. Onun fikrincə, Ermənistanda müxtəlif aktorlardan ibarət görünsə belə, Paşinyana qarşı çıxan digər odioz personajlar zənciri Robert Köçəryanın və onun arxasında duran qüvvələrin əlindədir: “Köçəryanın özü də açıq şəkildə Rusiyaya yönəlib və onun üçün Ermənistanın maraqlarından daha çox Rusiya Federasiyasının maraqlarının vacib olduğunu gizlətmir”.

Karapetyana gəlincə, rəsmi səviyyədə Krem Rusiya vətəndaşının həbsi ilə bağlı “vəziyyəti diqqətlə izlədiyi” bildirir.
Paşinyanın fikrincə isə “Rusiyada bu hibrid addımların və müharibənin arxasında dayanan müəyyən dairələrin olması ehtimalı yüksəkdir”.

Politoloq Robert Gevondyan qonşu Gürcüstanda Rusiya tərəfindən istifadə olunan siyasi texnologiyaları şərh edərək Samvel Karapetyanla Gürcüstanın qeyri-rəsmi lideri Bdzina İvanişvili arasında paralellər aparıb.
“Ehtimal etmək olar ki, Moskvada regional koordinasiyaya cəlb olunan yeni aktorlar ‘velosipedi yenidən ixtira etməyə’ çalışmadan, artıq sınaqdan çıxmış yolu seçiblər. Yəni, bu dəfə Ermənistanda ‘İvanişvili 2.0’ əməliyyatını həyata keçirməyi qərara alıblar,” – deyə analitik vurğulayıb.

Musavat.com-un qısa şərhi: Sorğudan göründüyü kimi, respondentlərin 22,8% isə heç kimin adını çəkməyib, 21,9%-i isə cavab verməkdə çətinlik çəkib. Bu isə o deməkdir ki, Paşinyanın hakimiyyətindən narazılıq artsa da, erməni cəmiyyətində hələ də onun yerini tuta biləcək namizədlə bağlı tərəddüd edənlər çoxdur.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Iyun 2025

27 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR