Onlayn ictimai-siyasi qəzet
Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili sosial şəbəkə hesabında Ermənistanla bağlı diqqətçəkən açıqlamalar verib.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə o, xüsusi bəyanat yayıb.
Saakaşvilinin sözlərinə görə, Ermənistan Türkiyə ilə sülh sazişi imzalayıb, sərhədləri və səfirlikləri açmağa razılaşıb.
Bundan əlavə, Saakaşvili bildirib ki, Ermənistan Rusiyanın hərbi qüvvələrinin ölkədən çıxarılmasını tələb edir və artıq ölkənin əsas prorusiyalı oliqarxını həbs edib.
“Azərbaycan artıq Rusiyanın təsir dairəsindən çıxıb. Bu şəraitdə Gürcüstan tamamilə oyundankənar vəziyyətdə qalıb və bu, son dərəcə təhlükəlidir. Əgər biz ölkəmizi (Gürcüstanı-red.) xilas etmək istəyiriksə, dərhal hərəkətə keçməliyik”, – deyə Saakaşvili vurğulayıb.
Musavat.com
28 Iyun 2025
27 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ