İnsanlara hürriyət, millətlərə istiqlal!

Nikolyan mərasimdə dəvət olunmuş mütəxəssis kimi iştirak edirmiş

“Ağır atletika üzrə Avropa çempionatının açılışında Azərbaycan bayrağını yandıran dizayner Aram Nikolyan İctimai televiziyanın əməkdaşı kimi mərasimdə iştirak etməyib”.

Musavat.com xəbər verir ki, İctimai televiziyanın nümayəndəsi Anna Ohanyan “Sputnik Ermənistan” verdiyi müsahibədə bunu söyləyib.

"Nikolyan mərasimdə dəvət olunmuş mütəxəssis kimi iştirak edib", - deyə Ohanyan bildirib.

Lakin Anna Ohanyan Nikolyanın işdən çıxarılması ilə bağlı göstəriş alıb-almadıqları sualına dəqiq cavab verməyib.

Aram Nikolyanın 2013-cü ildən bu yana Ermənistan İctimai televiziyasında çalışdığı bildirilir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR