İnsanlara hürriyət, millətlərə istiqlal!

Nikol Paşinyan sülh müqaviləsindən danışdı: "Yerində dayanmaq riskləri azaltmır, artırır"

"Mən razılığımı verdim ki, xarici işlər nazirləri sülh müqaviləsi üçün hazırlıq işlərinə başlasınlar. Bu nə deməkdir, format necə olacaq, son tarixlər nədir, bütün bunlar hələ müzakirə olunacaq".

Bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyanın rəhbərlik etdiyi dövlətin rəsmi şəxslərinin Azərbaycanın rəsmi şəxsləri ilə apardıqları sülh danışıqlar barədə TASS agentliyinə danışarkən söyləyib.

Baş nazir qeyd edib ki, Azərbaycanla tezliklə sülh müqaviləsi imzalamaq Ermənistan rəhbərliyinin planlarının bir hissəsidir: "Bizim heç bir illüziyamız yoxdur, başa düşürük ki, bəlkə də Azərbaycan danışıqları dalana dirəməyə çalışacaq, bunu Ermənistana və Artsaxa qarşı yeni təcavüzün səbəbi etməyə çalışacaq. Eyni şey sərhədlərin delimitasiyası məsələsinə də aiddir, istisna etmirik ki, Azərbaycan bu prosesdən de-fakto ərazi iddiaları irəli sürmək üçün istifadə etməyə çalışacaq, de-yure heç bir iddiası olmadığını bəyan edəcək. Bütün riskləri müzakirə etdikdən sonra belə qənaətə gəldik ki, yerində dayanmaq, irəliləmək cəhdlərinin olmaması riskləri azaltmır, əksinə artırır. Delimitasiya məsələsində Brüsseldə də razılığa gəlməyimizin səbəbi budur".

Daha sonra baş nazir deyib: "Bu gün beynəlxalq ictimaiyyət bizə açıq şəkildə bildirir ki, dünyada Türkiyənin müttəfiqi Azərbaycanın ərazi bütövlüyünü tanımayan yeganə ölkə olmaq təkcə Artsax üçün deyil, həm də Ermənistan üçün böyük təhlükədir. Bu gün beynəlxalq ictimaiyyət bizə bir daha deyir: Dağlıq Qarabağ məsələsində iddianızı bir az aşağı salın və siz Ermənistan və Artsax ətrafında daha böyük beynəlxalq konsolidasiyaya malik olacaqsınız, əks halda biz sizdən xahiş edirik ki, ümidlərinizi bizə bağlamayın. Ona görə yox ki, sizə kömək etmək istəmirik, ona görə ki, biz bunu edə bilmirik".

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR