İnsanlara hürriyət, millətlərə istiqlal!

Niderland Ukraynaya “Leopard” tanklarının tədarükü üçün pul ödəməyə hazırdır

Niderland Krallığı Ukraynaya Leopard tanklarının tədarükü üçün pul ödəməyə hazırdır.

APA xəbər verir ki, bu barədə “Bloomberg“ə müsahibəsində müdafiə naziri Kaysa Ollonqren məlumat verib. Davosda keçirilən Dünya İqtisadi Forumu çərçivəsində jurnalistin sualına “Əlbəttə, bunu etmək istərdik”, - deyə cavab verib.

“Biz hamımız Almaniyanın bu məsələ ilə bağlı mövqeyinin açıqlanmasını gözləyirik. Baxmayaraq kİ, mən həll yolu tapmağa və Ukraynaya tanklar göndərməyə çalışmağın tərəfdarıyam”, - deyə o əlavə edib.

Yanvarın 20-də Almaniyadakı Amerika Ramşteyn aviabazasında Qərb müdafiə nazirlərinin növbəti iclası keçiriləcək və orada Kiyevə əlavə yardım, ilk növbədə Almaniya istehsalı olan “Leopard” tanklarının təhvil verilməsi məsələsi müzakirə olunacaq.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR