İnsanlara hürriyət, millətlərə istiqlal!

Netanyahu SƏRT danışdı: “Terrorizmi dəstəkləyən rejimlər...”

“Terrorizmi dəstəkləyən rejimlər onun əvəzini ağır ödəyir və bundan sonra da ödəyəcəklər".

Musavat.com Türkiyə mediasına istinadən xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu hökumətin həftəlik iclasında deyib.

Baş nazirin sözlərinə görə, son aylar ərzində onlarla terrorçu məhv edilib.

“İsrail terrorizmin xarici sponsorlarına qarşı mübarizə də daxil olmaqla bütün cəbhələrdə terrorla mübarizəni davam etdirir və buna ölkədə məhkəmə islahatları ilə bağlı daxili siyasi mübahisə mane olmayacaq. Biz hər vasitə ilə terrora qarşı fəaliyyət göstəririk", - deyə Netanyahu qeyd edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR