İnsanlara hürriyət, millətlərə istiqlal!

"Neftlix" şahzadə Meqan Marklın layihəsindən imtina etdi, səbəb...



"Neftlix" şahzadə Meqan Marklın prodüseri olduğu "İnci" cizgi filminin çəkilişlərindən imtina edib. Səbəb son vaxtlar "Neftlix"in abunə saylarının kəskin azalması, nəticə etibarı ilə şirkətin xərclərdə etdiyi dəyişikliklərlə bağlıdır. 

Qeyd edək ki, "İnci" cizgi filmində əsl gücünü axtaran və dünya tarixindəki nüfuzlu qadınlardan ilham alan 12 yaşlı qızın sərgüzəştlərindən bəhs olunmalı idi. Cizgi filminin 2020-ci ildə kral sarayını tərk edən şahzadə Harri tərəfindən yaradılan "Archewell" markası altında istehsalı nəzərdə tutulurdu. "Neftlix"in qərarından sonra "Archewell" şirkətinin hansı addımə atacağı, filmin çəkilişlərini hansı şirkətə həvalə edəcəyi hələlik məlum deyil.

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR