İnsanlara hürriyət, millətlərə istiqlal!

“Neftçi”nin yeni baş məşqçisi kimdir? - DOSYE

Xəbər verdiyimiz kimi, bu gün Adrian Mutu ilə rəsmi şəkildə yollarını ayıran "Neftçi"nin yeni baş məşqçisi açıqlanıb. Bu vəzifəyə monteneqrolu mütəxəssis Miodraq Bojoviç təyin olunub.

Musavat.com Qafqazinfo-ya istinadən yeni baş məşqçinin karyerası barədə məlumatı təqdim edir:

O, 1968-ci il iyunun 22-də Monteneqroda anadan olub. 13 illik futbolçu fəaliyyətindən sonra 2000-ci ildə məşqçiliyə başlayıb. Bojoviç futbolçu olduğu dönəmdə yalnız Yuqoslaviya kubokunu qazana bilib.

16 klubdan yolu keçən Bojoviç indiyə kimi məşqçi karyerasında (20 il) 2 titul qazanıb. “Rostov”la 2013/14 mövsümündə Rusiya kubokunu, “Srvena Zvezda” ilə Serbiya çempionluğunu (2015/16) əldə edib.

Serbiyada, İndoneziyada, Kiprdə, Niderlandda və Yaponiyada legioner həyatı yaşayıb.

55 yaşlı mütəxəssis “Neftçi”yə qədər “Arsenal” komandasına rəhbərlik edib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR