İnsanlara hürriyət, millətlərə istiqlal!

"Neftçi"nin legioneri cəzalı duruma düşüb

"Neftçi"nin futbolçusu Mamadu Mbodj cəzalı duruma düşüb.

"Report"un məlumatına görə, buna seneqallı müdafiəçinin "Səbail"ə qarşı Azərbaycan Premyer Liqasının XXIV tur matçında (1:0) sarı vərəqə görməsi səbəb olub.

Görüşün əsas vaxtına əlavə olunmuş 1-ci dəqiqədə rəqibə qarşı kobudluqdan sonra cari mövsümdəki 4-cü xəbərdarlığını alan 29 yaşlı oyunçu "Sumqayıt"la XXV tur qarşılaşmasını buraxacaq. Onunla yanaşı, son matçda qırmızı vərəqə ilə cəzalandırılan Ömər Buludov da növbəti turda meydana çıxa bilməyəcək.

Qeyd edək ki, mayın 4-də keçiriləcək "Sumqayıt" - "Neftçi" oyunu saat 20:00-da başlayacaq.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR