İnsanlara hürriyət, millətlərə istiqlal!

Neft bahalaşıb


İnvestorların “qara qızıl” xammalına olan təklifin azalması perspektivlərini qiymətləndirdikləri bir zamanda neftin qiyməti cüzi artıb.

“Report” birjalara istinadən xəbər verir ki, “Brent” markalı neftin noyabr fyuçersləri 0,72 % bahalaşaraq 89,79 ABŞ dollarına satılıb. WTI neftinin oktyabr fyuçerslərinin qiyməti isə 0,48 % artaraq 1 bareli 83,94 ABŞ dolları təşkil edib.

OPEC+ alyansının görüşünün nəticələri neft qiymətlərinə müsbət təsir göstərib. Alyans sazişin avqust şərtlərinə qayıtmaq və oktyabrda “qara qızıl” hasilatını sutkada 100 min barel azaltmaq qərarına gəlib. Bu qərarın neftin qiymətini dəstəkləmək üçün verildiyi bildirilir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR