Onlayn ictimai-siyasi qəzet
İspaniyanın "Rovira" və "Virgil" universitetlərinin mütəxəssisləri araşdırma aparıblar.
Araşdırma zamanı məlum olub ki, körpəlikdə ana südü ilə qidalanma uşaqların idrak qabiliyyətlərinə müsbət təsir göstərir.
Alimlər 4-5 yaş arası 613 uşağın məlumatlarını tədqiq ediblər. Uşaqların psixi müayinəsi də aparılıb. Müəyyən edilib ki, bir aydan səkkiz aya qədər ana südü ilə qidalanan uşaqlar ana südü ilə qidalanmayan həmyaşıdları ilə müqayisədə bir neçə koqnitiv qabiliyyət ölçüləri üzrə daha yaxşı performans göstəriblər. Həmçinin, ana südü qəbul edənlərin daha yüksək IQ və daha yaxşı yaddaşı olduğu məlum olub./lent.az
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ