İnsanlara hürriyət, millətlərə istiqlal!

Yazıçı Anar və Rəşad Məcid Elza Seyidcahana "belə yazma", dedilər, XƏBƏRDARLIQ ETDİLƏR - FOTO

Azərbaycan Yazıçılar Birliyinin sədri Anar və sədr müavini Rəşad Məcid Əməkdar artist Elza Seyidcahanla görüşüblər.

Musavat.com xəbər verir ki, bu barədə foto və mətn yayılıb.

Mətndə bildirilir ki, Elza Seyidcahanın bu yaxınlarda efirdə səsləndirdiyi şeirləri "söz oyunlarının yaratdığı assosiasiya, dolayısıyla, vulqarizm elementləri təsiri bağışlayıb, bu səbəbdən ictimai hiddət və narazılıqla qarşılanıb".

Azərbaycan Yazıçılar Birliyinin Katibliyi bütün bunları Elza Seyidcahanın nəzərinə çatdıraraq onu belə çıxışlardan, leksikonunda mənfi təəssürat oyadan kəlmə və ifadələrə yer verməkdən çəkinməyə çağırıb.

Üzvü olduğu təşkilatın ictimai-ədəbi nüfuzuna xələl gətirdiyinə görə AYB Katibliyi tərəfindən qurumun üzvü Elza Seyidcahana xəbərdarlıq edilib.

Musavat.com xatırladır ki, söhbət Seyidcahanın telekanalların birində qonaq olduğu proqramda son yayılan şeiridir.

“Tüpürüm sizin ağzınıza” adı verdiyi şeir sosial şəbəkələrdə müzakirələrə səbəb olub və müəllif ciddi qınağa tuş gəlib.

“Tüpürcəyim baldır mənim, Alın bunu ağzınıza” - deyən bəstəkar-şairənin bununla nə demək istədiyini hərə bir yana yozur. Bəziləri deyir ki, bu, “gizli pornoqrafiya” nümunəsidir. Sosial şəbəkə platformalarında yayımlanan “Tüpürüm sizin ağzınıza” şeiri ilə Elzanın hər kəsi təhqir etdiyini deyənlər də var. Elzanın şeirlərində gizli söyüş və pornoqrafiya elementlərinin olduğunu deyənlər hesab edirdi ki, AYB onu sıralarından çıxartmalıdır. Görünən budur ki, Elza xanım xəbərdarlıqla qurtula bilib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR