İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu ölkə qızıl alışını rekord həddə çatdırdı

Hindistan 2024-cü ilin avqustunda 10,06 milyard dollar dəyərində qızıl idxal edib.

Musavat.com ölkənin Ticarət və Sənaye Nazirliyinin açıqladığı məlumata istinadən xəbər verir ki, bu, 2023-cü ilin avqust ayı ilə müqayisədə iki dəfə, 2024-cü ilin iyulundan üç dəfə çoxdur və ümumilikdə Hindistan mediasının hesablamalarına görə, tarixi rekorddur.

Hindistanın ticarət və sənaye nazirinin müavini Sunil Barthal qızıl idxalının artmasının mümkün amilləri arasında rüsumların azaldılması, qızılın dünya qiymətlərinin artması, eləcə də bayram mövsümü ərəfəsində qiymətli metal ehtiyatlarının yığılmasını qeyd edib.

İyul ayında Hindistanda qızıla idxal rüsumları kəskin şəkildə azalıb – 15 faizdən 6 faizə, Dora-da - 14,35 faizdən 5,35 faizə. Analitiklər belə tədbirlərin qızıla tələbi artıracağını proqnozlaşdırırdılar. Ümumdünya Qızıl Şurasından Kavita Chacko ilin ikinci yarısında əlavə tələbi 50 ton və ya daha çox qiymətləndirib.

İlin cəmi 8 ayında Hindistana qızıl idxalı 32,294 milyard dollar təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün nəticəsi ilə müqayisədə 30 faiz çoxdur.

Qeyd edək ki, özünün istehsalı olmasa da, Hindistan dünyada qızılın ən böyük istehlakçılarından biridir. Bu ilin birinci yarısında ölkəyə 19,103 milyard dollar dəyərində, demək olar ki, 305 ton qızıl idxal edilib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR