İnsanlara hürriyət, millətlərə istiqlal!

“Nə qədər gec deyil rus sülhməramlıları…” - Açıqlama

“Azərbaycanın vətəndaş cəmiyyətinin nümayəndələri, ekoaktivistləri artıq 8 gündür ki, Xankəndi-Laçın yolunda “Ekoloji terrora yox!” tələbi ilə dinc aksiya keçirir. Amma biz bu müddət ərzində nə beynəlxalq aləmin, nə də ki, 10 noyabr 2020-ci ildə üçtərəfli birgə bəyanatın tələblərinə uyğun olaraq sülhün təmin olunması qarantı rolunda çıxış edən Rusiyanın aksiya iştirakçılarının irəli sürdüyü tələblərə reaksiyasının şahidi oluruq. Biz bir daha beynəlxalq aləmin, o cümlədən Rusiyanın məsələyə ikili standartla yanaşmasını müşahidə etməkdəyik. Belə ki, Qərb ölkələrinin bir çoxu yenə də erməni separatçılarını dəstəkləməklə bölgədə gərginliyin davam etməsinə xidmət etməklə, onların Azərbaycanın təbii sərvətlərinin qanunsuz olaraq talanmasına çalışırlar”.

Musavat.com xəbər verir ki, bunu “Ölkə.Az”a açıqlamasında sabiq deputat Çingiz Qənizadə deyib.

Onun sözlərinə görə, aksiyanın keçirilməsinin əsas səbəbkarı 10 noyabr birgə bəyanatının tələblərinə uyğun olaraq üzərinə düşən missiyanı həyata keçirməyən Rusiya “sülhməramlılarıdır”.

“Sülhməramlı qüvvələrin başlıca missiyası bölgədə sülhün əldə olunması üçün terrorçu, separatçı, qanunsuz hərbi biləşmələri tərksilah edib etimad mühitinin yaradılmasına nail olmaqdır. Amma rus hərbi kontingentinin müvvəqəti nəzarəti altında olan Azərbaycan ərazilərində nəinki terrorçu, separatçıların möhkəmlənməsinə, həmçinin onlarla əlbir olub təbii sərvətlərimizi talan edib, ekologiyamıza qarşı terror həyata keçirirlər. Rus hərbi kontingentinin dəstəyi ilə ərazilərimizdə qanunazidd, cinayətkar fəaliyyətlər həyata keçirilir. Bununla da onlar məqsədyönlü şəkildə ermənilərlə azərbaycanlılar arasında ədavəti daha da dərinləşdirib, bölgədə əslində sülhün təmin olunmasına süni əngəlliklər yaratmaqla, bunun uzadılmasına çalışırlar”, - o qeyd edib.

O əlavə edib ki, aksiya iştirakçılarının hədəfi yolu bağlayıb, rus hərbi kontingentinin müvəqqəti nəzarətində olan ərazidələrdəki dinc insanların hərəkətinə mane olmaq deyil: “Aksiya iştirakçıları hər zaman bəyan edib ki, dinc insanlar, xəstələr, yaşlılar, uşaqlar sərbəst şəkildə yolda hərəkət edə bilər və kimsə buna mane olmayacaq. Bunu dəfələrlə bəyan ediblər. Əgər aksiya iştirakçılarının məqsədi yolu bağlamaq olsaydı, o zaman nə rus sülhməramlılarına, nə onlaırn yanına gələn ailə üzvlərinə, nə də ki, digər humanitar xarakterli yüklərin keçməsinə imkan verərdilər. Aksiya iştirakçılarının əsas tələbi təbii sərvətlərin qanunsuz talanmasına, ekologiyamıza qarşı keçirilən terrora son verilməsi və bunun qarşısının alınmasıdır. Odur ki, yolu aksiya iştirakçıları deyil, rus hərbçiləri bağlayıb və heç kimin hərəkətinə imkan vermir. Rus hərbçilərinin sərgilədiyi bu mövqe Rusiyanın maraqlarına ciddi xələl gətirir və onların bölgədən getməsi ilə nəticələnə bilər. Çünki Azərbaycanın səbri tükənməz deyil və artıq bu səbir kasası dolmaqdadır. Ona görə də nə qədər gec deyil, rus hərbçiləri ən qısa zamanda yanlışlıqlarını düzəldib, müvəqqəti nəzarətlərində olduğu ərazilərdə separatçılardan və terrorçulardan tərksilah edib, vardanyanları, arutyunyanları, balasanyanları oradan təmizləməlidir”.
Beynəlxalq aləmin məsələyə səssizliyi və rus hərbi kontingentinin müvəqqəti nəzarəti altında olan ərazilərdə ekoloji terrora son verilməsinə ciddi şəkildə dəstəkləməli olduğu halda, sərgilədiyi ikili standartlarına gəldikdə, sabiq deputat qeyd edib ki, 30 ildən artıqdır Naxçıvan blokada şəraitində yaşayır və Azərbaycanla quru əlaqəsi mövcud deyil: “300 mindən artıq insan 30 ildən artıqdır humanitar fəlakətlə üz-üzə olsa da, amma nədənsə indiyədək heç bir beynəlxalq təşkilat, ölkə, beynəlxalq QHT buna etirazını bildirməyib. Bir də aksiya iştirakçılarının tələbi ekoloji terrorla bağlıdır ki, bu da qlobal bir məsələdir. Odur ki, beynəlxalq aləm erməni separatçılarının ekoloji terroruna son verməsi istiqamətində aksiya iştirakçılarına dəstək verib konkret addım atmalıdır. Əks halda bu ağır nəticələrə gətirə bilər”.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR