Onlayn ictimai-siyasi qəzet
Nicat Yaqubov Naxçıvan Dövlət Universitetinin sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru təyin edilib.
Musavat.com xəbər verir ki, bununla bağlı Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev əmr imzalayıb.
Qeyd edək ki, filologiya üzrə fəlsəfə doktoru, dosent Nicat Yaqubov bundan öncə Naxçıvan Dövlət Universitetinin "Azərbaycan dili və ədəbiyyatı" kafedrasının dosenti, Naxçıvan Dövlət Universiteti Həmkarlar İttifaqı Komitəsinin sədri vəzifəsində çalışıb.
03 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ