İnsanlara hürriyət, millətlərə istiqlal!

Nazir: "İbtidai sinif müəllimlərinin maaşı 1000 manata yaxınlaşmaqdadır"

“Sertifikasiya imtahanında iştirak edən hər 4 müəllimdən 3-ü öz fənnindən minimal biliklərə sahibdir. İmtahandan keçən müəllimlərin 49 %-nin əmək haqlarına 10 %, 27 %-i isə 35 % əlavə almağa başlayıb”.

“Report” xəbər verir ki, bunu Elm və təhsil naziri Emin Əmrullayev Milli Məclisdə “Dövlət ümumtəhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırılması” mövzusunda keçirilən ictimai dinləmədə çıxışı zamanı deyib.

Nazir bildirib ki, bununla da ibtidai sinif müəllimlərinin əmək haqqları əlavə ilə birlikdə təxminən 1000 manata yaxınlaşmaqdadır: “Bu da xüsusilə Azərbaycan kəndlərində çalışan müəllim üçün əladır. Onu da qeyd edim ki, imtahanda iştirak edən hər 4 müəllimdən biri, yəni 24 %-i minimal balı toplaya bilməyib. Yəni onlar ən sadə suallara belə cavab verə bilməyib”.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR