İnsanlara hürriyət, millətlərə istiqlal!

Nazarbayev ailəsinin keçmiş gəlininə hökm oxunub

Nursultan Nazarbayevin böyük qardaşı oğlunun keçmiş həyat yoldaşı Gülmira Satıbaldı 7 il müddətinə azadlıqdan məhrum edilib.

Musavat.com Qazaxıstan mediasına istinadla xəbər verir ki, bu gün 2 saylı Baykonur rayon məhkəməsində Satıbaldı və onun tabeliyində olan iki şəxsə hökm elan edilib.

Mayın 2-də Gülmira Satıbaldı məhkəmədə son söz deyib. O, günahını etiraf etməyib və Qazaxıstanın “yeni” və “köhnə” siyasi rejimlərinin qurbanına çevrildiyini bildirib. Həmin gün Satıbaldının böyük qızı da çıxış edib. O, hakimə və Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevə anasının həbsdən azad olunmasına dair müraciət ünvanlayıb.

Aprelin 25-də prokuror Əzəmət Sarsembayev bildirib ki, Gülmira Satıbaldıya Cinayət Məcəlləsinin üç maddəsi ilə ittiham verilib: Cinayət Məcəlləsinin 389-cu maddəsinin 3-cü hissəsi (özbaşınalıq), CM-nin 125-ci maddəsinin 2-ci hissəsinin 1, 8-ci bəndləri ( adam oğurluğu), habelə Cinayət Məcəlləsinin 28-ci maddəsinin 3-cü hissəsi (cinayət əməlini təşkil etmə) ilə ittiham olunaraq 8 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Xatırladaq ki, ötən ilin martında Korrupsiyaya Qarşı Mübarizə Xidməti oliqarxın keçmiş həyat yoldaşı Kayrat Satıbaldıya qarşı ibtidai istintaqa başlandığını elan etmişdi. Məhkəmədə iş adamı Tursenqali Alaguzova Kayrat və Gülmira Satıbaldının onu 10 milyon dollara necə “atdıqlarını” danışıb. Həmçinin prodüserin əri Bayan Maksatqızı dəymiş ziyanın məbləğinin 5 milyard tenge artırılmasını tələb edib. Gülmiranın keçmiş əri Kayrat Satıbaldı özü martın 13-də saxlanılıb. O, vəzifə səlahiyyətlərindən sui-istifadədə və “Kazaktelekom” SC-nin vəsaitlərini xüsusilə külli miqdarda mənimsəməkdə şübhəli bilinirdi. İndi Qazaxıstanın eks-prezidenti Nursultan Nazarbayevin 6 il müddətinə azadlıqdan məhrum edilmiş qardaşı oğlu cəzasını Şərqi Qazaxıstan vilayətinin müəssisələrinin birində çəkir.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR