İnsanlara hürriyət, millətlərə istiqlal!

Navalnıya həbsxanada yeni “işgəncə” üsulu tapıldı

Rusiya müxalifətinin lideri Aleksey Navalnı qaldığı həbsxanada onun üçün yeni “yaradıcı cəza” kəşf olunduğunu bildirib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə o, vəkilləri vasitəsilə sosial şəbəkələrdə məlumat yayıb.

Navalnının sözlərinə görə, indi onu hər axşam Putinin çıxışlarına və müraciətlərinə qulaq asmağa məcbur edirlər. Kameradakı radio stansiyası söndürülsə belə, “Putin işgəncəsi” bitmir: səsucaldanlar bütün həbsxana ərazisinə quraşdırılıb və prezidentin çıxışları yenə də yüksək səslə eşidilir.

Son altı ay ərzində Aleksey Navalnı cərimə kamerasında ümumilikdə 140 gündən çox vaxt keçirib Müşahidəçilərin sözlərinə görə, bu onun sağlamlığına ciddi mənfi təsir göstərib.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR