İnsanlara hürriyət, millətlərə istiqlal!

NATO Türkiyəyə MƏCBURDUR - ŞOK AÇIQLAMA

ABŞ-ın "Politico" nəşri Türkiyə-NATO əlaqələri barədə diqqətçəkən təhlil dərc edib.

Musavat.com xəbər verir ki, İsveçin NATO-ya üzv olmasının qarşısında Türkiyənin durduğunu yazan "Politico" alyansın Türkiyəyə, belə desək, məcbur olduğunu vurğulayıb.

ABŞ nəşri Türkiyənin hərbi gücünə diqqət çəkib: "Anlaşmazlıqlara baxmayaraq, Ankara və Qərb qarşılıqlı maraq doğuran bir "evliliyə" bağlıdır".

Təhlildə qeyd olunub ki, Türkiyə Silahlı Qüvvələri ittifaqın ikinci ən güclü ordusudur, bu qüvvələr alyansın missiya və əməliyyatlarına fəal şəkildə töhfə verir.

Türkiyənin geosiyasi mövqeyini vurğulayan qəzet qeyd edib ki, Qara dənizə kimlərin keçəcəyinə Türkiyə nəzarət edir: “Türkiyənin Rusiya ilə əlaqələri, hətta onu Ukrayna ilə sülh danışıqlarında faydalı həmsöhbətə çevirə bilər”.

“NATO-nun Türkiyəyə ehtiyacı var” deyən "Politico" alyansın Ankaranı öz tərəfində saxlamaq üçün “güzəştlərə getməyə və fikir ayrılıqlarını azaltmağa” hazır olduğunu yazıb.

Prezident Ərdoğanın həm rusiyalı həmkarı Putinlə, həm də Ukrayna lideri Zelenski ilə əlaqə saxladığını xatırladan Politico bunu “Ankaranın balans siyasəti” kimi şərh edib.

Təhlildə Ərdoğanın hər iki ölkənin lideri ilə görüşə bilən nadir dövlət başçılarından olduğunu vurğulanıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR