İnsanlara hürriyət, millətlərə istiqlal!

NATO baş katibi şübhəli səpkilərə görə Almaniya kansleri ilə görüşməyib

Xəbər verildiyi kimi, NATO-nun baş katibi Yens Stoltenberqin Almaniya kansleri Olaf Şoltsla görüşü ləğv edilib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, buna əsas səbəb NATO-nun birinci şəxsinin şübhəli dəri xəstəliyinə tutulması olub.

Yens Stoltenberqə zolaqlı herpes diaqnozu qoyulub. Bu səbəbdən o, Almaniya və Rumıniyada aparılmalı olan danışıqları uzaqdan həyata keçirəcək. Xatırladaq ki, Y.Stoltenberq yalnız 2022-ci ilin mayında COVID-19-a da yoluxub.

Zolaqlar (və ya herpes zoster) şiddətli ağrı ilə dəridə səpkilərin sabitləşdiyi viral xarakterli xəstəlikdir. Xəstəliyin törədicisi suçiçəyi virusudur. Bilindiyi kimi, insan suçiçəyi ilə yalnız ilk təmasda olduqda xəstələnir.

Qeyd etmək lazımdır ki, bu günlərdə dünyada yeni “meymunçiçəyi” xəstəliyi barədə xəbərlər olduqca aktuallaşıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR