Onlayn ictimai-siyasi qəzet
“Kremlin “nüvə ritorikası” məsuliyyətsiz və təhlükəlidir”.
“Report” “RBK Ukraina”ya istinadən xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq Almaniyanın "Welt" nəşrinə müsahibəsində deyib.
O bildirib ki, Rusiyanın nüvə silahından istifadə ehtimalı azdır: “Rusiya bilməlidir ki, nüvə müharibəsində qalib gəlmək olmaz. Deməli, bu savaşı başlatmaq da olmaz”.
Bununla yanaşı, Y.Stoltenberq qeyd edib ki, NATO Moskvanın hərəkətlərini diqqətlə izləməkdə davam edir. Onun sözlərinə görə, hazırda Rusiya nüvə qüvvələrində heç bir dəyişiklik yoxdu: “Əks halda biz mütləq reaksiya verərdik”.
Xatırladaq ki, Ukrayna Prezident Ofisinin qənaətinə görə, Moskvanın nüvə şantajı sadəcə boş hədələrdir.
11 Oktyabr 2024
00:22 COP29-un prezidenti: Yeni Kollektiv Kəmiyyət Məqsədi danışıqların əsas prioriteti olaraq qalır
10 Oktyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ