Müğənni Natavan Həbibi keçmiş həyat yoldaşı Dado (Səid Quliyev) və oğlu Zeydlə görüntülərini paylaşıb.
Musavat.com xəbər verir ki, videoda onların birlikdə alış-verişə yollandığı əks olunub.
Marketdən bazarlıq edən Natavan və Dadonun səmimi görüntüsü diqqət çəkib. Sosial şəbəkə izləyiciləri isə onların barışdığını iddia edib.
Qeyd edək ki, Natavan və Dado ailə qurduqdan bir neçə ay sonra ayrılıb. Onlar bu illər ərzində dəfələrlə küsüb və barışıb. Natavan açıqlamalarından birində hələ də rəsmi boşanmadıqlarını demişdi.
ŞƏRHLƏRŞƏRH YAZ