Onlayn ictimai-siyasi qəzet
ABŞ Prezidenti Donald Tramp Səudiyyə Ərəbistanına 100 milyard dollardan artıq dəyəri olan silah satışı paketini təqdim etməyə hazırlaşır.
Musavat.com xəbər verir ki, bu barədə "Reuters" agentliyi mənbələrə istinadla məlumat yayıb.
Bildirilir ki, Tramp bu iri müqaviləni may ayının ortalarında baş tutacaq Səudiyyə Ərəbistanına səfəri zamanı rəsmi şəkildə elan edəcək.
Sövdələşmədə iştirak edəcək şirkətlər arasında "Lockheed Martin", "RTX", "Boeing", "Northrop Grumman" və "General Atomics" kimi ABŞ-ın aparıcı hərbi sənaye nəhəngləri yer alır.
Musavat.com
25 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ