Onlayn ictimai-siyasi qəzet
Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson Donald Trampın Ukraynada müharibənin tənzimlənməsi üzrə təkliflərinin real təhlükəsizlik zəmanətləri təmin etmədiyini bildirib.
Musavat.com xəbər verir ki, bu barədə o, aprelin 24-də "X" sosial şəbəkəsində paylaşıb.
Conson vurğulayıb ki, Putin hələ də "seçim etmədən" ukraynalıları öldürməyə davam edir, bu da Kiyevə edilən son hücumda özünü göstərib. O, Rusiyanın Ukraynanın ərazilərini işğal etdiyini, sanksiyaların aradan qaldırılmasını tələb etdiyini və yeni hücumlara hazırlıq gördüyünü xatırladıb.
Onun sözlərinə görə, üç il müqavimət göstərən Ukrayna yalnız "resurslarını ABŞ ilə bölüşmək hüququ" alır, amma etibarlı müdafiə əldə etmir. Conson qərb ölkələrindən uzunmüddətli və tam şəkildə maliyyələşdirilən zəmanətlərin yaradılmasına çağırıb.
Musavat.com
25 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ