İnsanlara hürriyət, millətlərə istiqlal!

NASA Ayda “kənd” salır

ABŞ Milli Aeronavtika və Kosmos Administrasiyası — NASA — 2035-ci ilə qədər Ayda daimi yaşayış məntəqəsi qurmağı planlaşdırır.

Musavat.com xəbər verir ki, bu barədə agentliyin rəhbərinin vəzifəsini icra edən Şon Daffi Avstraliyanın Sidney şəhərində çıxışı zamanı məlumat verib.

Onun sözlərinə görə, layihənin əsas məqsədi “insanların Ayda davamlı şəkildə yaşaması üçün şərait yaratmaq”dır. Yeni nəsil atom reaktorları “Ay kəndi”nin əsas enerji mənbəyi olacaq.

Mühəndislər hesab edir ki, çəkisi 15 tondan az olan nüvə reaktoru təxminən 100 kilovat elektrik enerjisi hasil edə biləcək.

NASA-nın planına əsasən, gələcək yaşayış kompleksi birbaşa Ay səthindəki materiallardan — toz, daş və metal birləşmələrindən inşa olunacaq.

Layihə çərçivəsində yaradılacaq bu “Ay kəndi” astronavt missiyalarının daimi bazasına çevriləcək, burada elmi tədqiqatlar və texnoloji sınaqlar həyata keçiriləcək. 

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR